Yataqların işlənməsinə nəzarət üçün elektron monitorinq sistemi yaradılacaq

Yataqların işlənməsinə nəzarət üçün elektron monitorinq sistemi yaradılacaq

Yer təkindən istifadəyə nəzarət üçün vahid monitorinq sistemi yaradılacaq. Bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı” proqramında deyib.
Onun sözlərinə görə, gələcəkdə monitorinq sistemi təkmilləşdiriləcəyindən canlı şəkildə yerlərə baxış keçirilməsinə ehtiyac olmayacaq. “Azərkosmos”un imkanlarından və digər müasir texnologiyalardan istifadə edilməklə yerlərdə sahibkarların fəaliyyəti izləniləcək.

Agentlik sədri bildirib ki, sahibkar elektron platfortma üzərindən müəyyən işlərini həyata keçirə biləcək. Bu platformasnın e-hökumət sisteminə inteqrasiyası gözlənilir. Bunun nəticəsində dövlət tərəfindən hər bir sahibkarın fəaliyyətinə ciddi nəzarət edilə biləcək:

“Bundan başqa, ödənişlərin, geoloji kəşfiyyat hesabatların həmin sistem üzərindən edilməsi gözlənilir. Gələcəkdə Yer təkinin elektron hərrac yolu ilə istifadəsi planlaşdırılır”.

S.Qurbanov əlavə edib ki, innovativ yeniliklərinin bir hissəsi bu ilin sonunadək istifadəyə veriləcək.

 

Mənbə: https://www.trend.az/

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Təhsil Nazirliyi və “Microsoft” arasında əməkdaşlığ davam etdiriləcək

Read Next

Huawei Mate 40 flaqman xəttinin ən sərfəli smartfonunu təqdim etdi

%d bloggers like this: