Turların və hotellərin rezervasiyası üzrə ilk Azərbaycan platforması yaradılır

Turların və hotellərin rezervasiyası üzrə ilk Azərbaycan platforması yaradılır

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu daxili bazarda turizm xidməti göstərənlər üçün yeni platformanın yaradılması üçün tender elan edib.

Qonaqlama obyektləri (hotellər, hostellər), turizm xidməti göstərənlər, səyahət fəaliyyəti ilə məşğul olanlar və turistləri bir araya gətirən inteqrasiya edilmiş bu platforma yalnız Azərbaycan vətəndaşları və ölkədə yaşamaq üçün icazəsi olan əcnəbilər üçün nəzərdə tutulub.

Platforma turizm xidməti tədarükçülərinə rezervasiya prosesini sadələşdirmək, onlayn ödəmələri qəbul etmək və göstərilən xidmətlərin keyfiyyətini artırmaq imkanı verəcək.

 

Mənbə: https://sputnik.az/

 

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Facebook, Instagram-ın yüngül versiyasını təqdim edir

Read Next

Oppo Find X3 Pro – kamera mikroskoplu yeni bir flaqman smartfonu

%d bloggers like this: