“Teknopark İstanbul” Azərbaycanda yüksək texnoloji parkın qurulmasına dəstək olacaq

“Teknopark İstanbul” Azərbaycanda yüksək texnoloji parkın qurulmasına dəstək olacaq

Türkiyənin “Teknopark İstanbul” şirkəti Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi ilə birgə “Yüksək texnologiyalar sahəsində əməkdaşlıq” haqqında müqavilə imzalayıb. Müqavilədə hər iki tərəfin gələcəkdə nəzərdə tutulan ortaq fəaliyyətlərini tənzimləyən maddələr və yüksək texnologiyalı parkların qurulması öz əksini tapıb.

Xüsusilə işğaldan azad edilmiş torpaqlarımızın yüksək texnologiya mərkəzlərinə çevrilməsi üçün imzalanmış müqavilə bu məqsədlə texniki məlumatlılıq səviyyəsinin artırılması və gənc peşəkar kadrların yetişdirilməsini nəzərdə tutur.

“Teknopark İstanbul”un baş direktoru Bilal Topçu açıqlamasında deyib ki, onlar yüksək texnologiyalar sahəsində qazandıqları təcrübəni Azərbaycanla bölüşəcək, razılaşma çərçivəsində qurulacaq texnoloji parklarda yüksək texnologiyalı məhsulların hazırlanmasına və təkmilləşdirilməsinə dəstək verəcəklər.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Xiaomi Mi 10s smartfon təqdim olundu

Read Next

Apple smartfon istehsalını azaldır

%d bloggers like this: