Təhsil Nazirliyi və “Microsoft” şirkəti arasında əməkdaşlıq üzrə imzalanmış niyyət sənədinə əsasən 4 istiqamət üzrə birgə fəaliyyətin aparılması nəzərdə tutulub. 1-ci istiqamət “Təhsildə rəqəmsal liderlik və siyasətin formalaşdırılması” adlanır.
Bu istiqamət üzrə təhsilin rəqəmsal transformasiyası istiqamətində ümumtəhsil və ali təhsil sahələrində strateji əməkdaşlıq, Təhsil Nazirliyinin informasiya sistemləri və elektron xidmətlərin təkmilləşdirilməsi və “Microsoft” korporasiyasının formalaşdırdığı “Rəqəmsal transformasiya üzrə dünyanın lider ölkələri” koalisiyasında Azərbaycanın iştirakı daxildir. Tərəflər eyni zamanda, “Microsoft” təhsil proqramlarının tətbiq olunduğu nümunəvi məktəbin qurulması üzrə əməkdalıq etməyə razılıq əldə ediblər.