Sumqayıtda liftlər İntellektual Mərkəzindən idarə olunurlar

Sumqayıtda liftlər İntellektual Mərkəzindən idarə olunurlar

Azərbaycanda ilk dəfə olaraq Sumqayıtda yaradılmış lift xidmətinin İntellektual İdarəetmə Mərkəzi fəaliyyət göstərir.

Yeni yaradılan intellektual idarəetmə sistemi vasitəsilə liftlərin dayanması, dayanma səbəbləri, idarəetmə stansiyasında olan ötürücülərin vəziyyəti, gərginlik kəsilən anda fasiləsiz enerji mənbəyinin qoşulması, kabinədən birbaşa danışıq əlaqə sisteminin vəziyyəti, sakinlər tərəfindən liftlərin istismarı qaydalarının pozulması haqqında məlumatlar quraşdırılmış xüsusi avadanlıqlar vasitəsilə onlayn rejimdə mərkəzləşdirilmiş İntellektual İdarəetmə Mərkəzinə ötürülür.

Cari ilin ilk üç ayı ərzində şəhərdə istismar müddətini başa vurmuş 63 lift müasiri ilə əvəzlənib, daha 14 liftin isə yaxın günlərdə dəyişdiriləcəyi gözlənilir.

Qeyd edək ki, Sumqayıt şəhərində “Lift-Servis” Birliyi Dövlət Mənzil Fonduna aid çoxmərtəbəli binalarda 594 liftə texniki xidmət göstərir.

Mənbə: https://oxu.az/

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Xiaomi yeni flaqman Xiaomi Mi 11 Pro modelini təqdim edildi

Read Next

Samsung mobil cihazların satışında lider mövqeyini geri aldı

%d bloggers like this: