Son bir ildə .az domen zonasında 2 245 sayt qeydiyyatdan keçib

Son bir ildə .az domen zonasında 2 245 sayt qeydiyyatdan keçib

Azərbaycanın milli domen zonasında (“.az”) indiyədək 36 944 internet resursu qeydə alınıb.

“WHOIS” portalının hesabatı əsasında apardığı hesablamalarına görə, bu göstərici illik ifadədə 15,8% artıb. Yəni son bir ildə Azərbaycanın milli domen zonasında 2 245 sayt qeydiyyatdan keçib.

Qeydə alınan saytların ümumi sayının 34 567-si birinci səviyyəli domen zonasına aiddir ki, bu da 2020-ci ilin müvafiq göstəricini 16,3% üstələyir.

Ən məşhur ikinci səviyyəli domen “.com.az”dır. Bu domendə 1 355 sayt qeydiyyatdan keçib.  Bu göstərici 2020-ci ilin eyni göstəricisindən 16,1% azdır.

Populyarlığına görə üçüncü yerdə “.edu.az” domeni qərarlaşıb. Bu domendə aprelin 1-nə olan məlumata görə 480 sayt qeydiyyatdan keçib ki, bu da ötən ilin göstəricidən 11,3% çoxdur.

Mənbə: https://apa.az/

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

AzərKosmos $1,98 milyon dəyərində xidmət ixrac etmişdir

Read Next

Twitter Periscope onlayn yayım xidmətini bağladı

%d bloggers like this: