Portativ şarj cihazlarının icarə xidmətləri artıq Azərbaycanda

Portativ şarj cihazlarının icarə xidmətləri artıq Azərbaycanda

Mobil cihazlar üçün portativ şarj cihazlarının icarə xidmətləri təklif edən bir İsveç startapı Azərbaycan bazarına daxil olur.

Portativ şarj cihazları təklif edən İsveçin “Brick” startapı, fəaliyyət sahəsini Cənubi Qafqaz ölkələrinin bazarlarına genişləndirməyə qərar verib.

İsveç paytaxtında yaranan Brick mobil cihazlar üçün portativ şarj kirayəsi xidmətləri təklif edir. Şirkət, xüsusi mobil tətbiqetməsinin vasitəsilə istifadəçilərə ən yaxın Brick stansiyasında portativ batareyanı (Power Bank) icarəyə götürməyə və istifadə prosesi başa çatdıqdan sonra onu istənilən Brick stansiyasına qaytarmağa təklif edir. Brick Portable Charger mövcud mobil cihazların çoxu üçün istifadə edilə biləcək bağlayıcısı şarj təklif edir və onun vasitəsilə mobil telefonlar, planşetlərqulaqlıqları şarj etmək mümkündür.

Ümumilikdə, şirkətin hazırda İsveçin on şəhərində və Almaniya paytaxtında 350 stansiyası fəaliyyət göstərir.

Yeni bazarlara çıxmaq, özünü beynəlxalq bazarın lider oyunçularından biri kimi göstərmək Brick-in strategiyasının bir hissəsidir. Brick bir sıra ölkələrdə stansiyalarına işləmə hüquqları əldə edib. Strategiyaya əsasən, ilk 250 stansiya bu ilin ikinci rübündə işə salınacaq və əsas diqqət burada olan bar, restoran, ticarət mərkəzləri və Cənubi Qafqaz dövlətlərinin paytaxtlarında fəaliyyət göstərən otellərə yetiriləcəkdir.

 

Mənbə: https://azertag.az/

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Fold‘n Roll – smartfon, fablet və planşet funksionallığı olan ilk telefon

Read Next

Azərbaycan bankları hədəf alan fişinq hücumları barədə xəbərdarlıq

%d bloggers like this: