Nar Qarabağda işə başlamaq üçün hazırlıqlarını yekunlaşdırıb

Nar / Azərfon

Nar” tezliklə işğaldan azad edilmiş ərazilərdə şəbəkəsinin qurulmasına başlamaq istəyir və buna hazırdır”.

Bunu əmtəə nişanının sahibi olan “Azərfon” MMC-nin ictimaiyyətlə əlaqələr üzrə direktoru Əziz Axundov deyib.

Onun sözlərinə görə, artıq şirkət Qarabağda işə başlamaq üçün hazırlıqlarını yekunlaşdırıb: “Hazırda işğaldan azad edilmiş ərazilərdə şəbəkəmizin olması şirkətimizin şəbəkə infrastrukturu üzrə yatırımlarının əsas hissəsini təşkil edir. Bizim bütün planlaşdırmamız müharibədən dərhal sonra bitib. Texniki heyətimiz artıq bir sıra rayonlara səfər edib. Burada yalnız koordinasiya məsələsi var, hansı ki, müxtəlif dövlət orqanları təqdim edir və biz həmin qurumlardan dəstəyi artıq görmüşük. “Nar”ın investisiya ayırması, yerlərin müəyyən edilməsi və başqa proseslər artıq bitib. Tezliklə bu barədə sevindirici məlumatları verəcəyik”, – o qeyd edib.

 

Mənbə: https://report.az/

 

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

YouTube video bloggerlərdən vergi tutulacaq

Read Next

ABŞ-da Xiaomi ilə əməkdaşlıq qadağası dayandırılıb

%d bloggers like this: