“Mobil notariat” tətbiqinə yeni funksiyalar əlavə olunub

“Mobil notariat” tətbiqinə yeni funksiyalar əlavə olunub

“Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində “Mobil notariat” tətbiqinə bu günlərdə yeni funksiyalar əlavə olunub. Belə ki, tətbiq üzərindən banklarda təmsilçilik məqsədilə verilən etibarnamələrin, eləcə də yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq və etibarnamələrə xitam verilməsinə dair ərizələrin elektron qaydada videoyazı vasitəsilə rəsmiləşdirilməsi imkanı yaradılıb.
Yeni istifadəyə verilən xidmətlərdən faydalanmaq üçün vətəndaşlar “AppStore” və “PlayStore” elektron platformasından ödənişsiz olaraq “Mobil notariat” tətbiqini yükləməlidirlər. Hazırkı istifadəçilər isə proqramı yeniləməklə yararlana bilərlər.
Bundan əlavə, yenilənmiş “Mobil notariat” tətbiqi vasitəsilə notariat sənədlərinin həqiqiliyini onun üzərində yerləşdirilmiş QR-kod və ya şəxsin fərdi identifikasiya nömrəsi (FİN) və sənəd üzərində yerləşdirilmiş identifikator (barkod) əsasında yoxlamaq mümkündür.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Xiaomi, Black Shark 4 smartfonlarının oyun seriyasını təqdim edəcək

Read Next

Ağıllı qolbağ Xiaomi Mi Band 6 kütləvi istehsala buraxılıb

%d bloggers like this: