Kibertəhlükəsizliyə dair onlayn tədbir keçirilir

Kibertəhlükəsizliyə dair onlayn tədbir keçirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Avropa İttifaqı və Avropa Şurasının birgə icra etdiyi​ “CyberEast and CyberSecurity EAST” layihələri çərçivəsində virtual tədbir öz işinə başlayıb.

“Kompüter insidentlərinə qarşı mübarizə qrupları (CSIRT) və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq üçün standart əməliyyat prosedurlarının inkişafı” ​ mövzusunda keçirilən tədbirin əsas məqsədi Azərbaycanda kibercinayətkarlıq və kibertəhlükəsizlik mütəxəssisləri arasında əməkdaşlığın genişləndirilməsidir.

Kibercinayətlər və elektron sübutlar sahəsində beynəlxalq mütəxəssislər, kibertəhlükəsizlik və CSIRT üzrə beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən onlayn tədbir martın 5-də başa çatacaq.

Tədbirdə təcrübə mübadiləsi məqsədilə informativ və interaktiv virtual sual-cavab sessiyaları və müzakirələr təşkil olunur.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Google Wolverine hazırlayır

Read Next

Azərbaycanda yüksək texnologiyalı protezlərin hazırlanması başlayıb

%d bloggers like this: