“Hər 100 manatlıq əməliyyatın 62 manatı onlayn bankçılığın payına düşür”

onlayn bankçılığ

2020-ci il müştərilərin cari hesablarında apardıqları köçürmələrinin sayının 75 %-i, həcminin isə 62 %-i onlayn bankçılığının xidmətlərin payına düşür. Başqa sözlə desək cari hesablarda aparılan hər 100 manatlıq əməliyyatın 62 manatı internet yaxud mobil bankçılığın payına düşür. Bunu “Rəqəmsal Ekosistemin İnkişafında Maliyyə İnstitutlarının Rolu” mövzusunda onlayn konfransda çıxışı zamanı Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov deyib.

F.Osmanovun sözlərinə görə, artıq vətəndaş və biznes mühiti daha çox internet həllərdən daha aktiv istifadəyə başlayıb: “Beynəlxalq Valyuta Fondu tərəfindən aparılan araşdırmaya görə, məhz pandemiya dövründə son ilki illə müqayisədə rəqəmsal ödəniş alətlərindən istifadə edənlərin sayı 21 % artıb”.

 

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Azərbaycanda “Elektron əmək birjası”nın yaradılmasına 361 min manat ayrılacaq

Read Next

Türkiyə “Google”u cərimələyib

%d bloggers like this: