Informasiya texnologiyaları sahəsində həyata keçirilən əməliyyatların səmərəliliyinin artırılması, vahid prinsip və standartların işlənib hazırlanması, Dövlət Vergi Xidməti (DVX)-nin strukturları arasında rəqəmsallaşma və avtomatlaşdırma proseslərinin idarə edilməsi, bu sahədə təhlükəsizliyin və faziləsiz iş fəaliyyətinin ən yüksək səviyyədə təmin edilməsi işinin təşkili məqsədilə xidmətin Rəqəmsal Transformasiya Şurası yaradılıb.
Şuranın fəaliyyətinin əsas məqsədi DVX-nin vergi siyasəti və strateji məqsədlərinə uyğun olaraq əməliyyat fəaliyyətinin effektivliyinin, standartlaşmasının, təhlükəsizliyinin və fasiləsizliyinin yüksək səviyyədə təmin olunması üçün rəqəmsallaşma və avtomatlaşdırma proseslərinin idarə edilməsi işini təşkil etmək, həmçinin elektron xidmətlərin istifadəçiləri ilə qarşılıqlı fəaliyyətinin effektivliyini təmin etməkdir. Şuranın əsas fəaliyyət istiqamətləri DVX-nin informasiya texnologiyaları və rəqəmsallaşma sahəsində strategiyası, vahid standartların hazırlanması və həyata keçirilməsi, strateji məqsədlərə çatmaq üçün informasiyanın toplanması, emalı və təhlili əsasında biznes təkliflərinin hazırlanması sisteminin yaradılması və DVX-nin strukturları arasında informasiya mübadiləsi və rəqəmsallaşma üzrə qarşılıqlı fəaliyyəti optimallaşdırmaqdan ibarətdir.
Mənbə: https://azertag.az/