BakıKart balansı onlayn və MilliÖN vasitəsilə artırmaq mümkün olacaq

BakıKart balansı onlayn və MilliÖN vasitəsilə artırmaq mümkün olacaq

2021-ci ilin sonunadək BakıKart nəqliyyat kartının balansı onlayn şəkildə doldurmaq mümkün olacaq. Bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

“İşlərin ötən il başa çatdırılması planlaşdırılırdı, ancaq pandemiya ilə əlaqədar olaraq işlər təhirə salındı. Buna görə də bu il onları tamamlamağa çalışacağıq” dedi.

Qeyd etmək lazımdır ki “Komtec” (“MilliÖN” ödəmə terminallarının operatoru) şirkətinin müştəri xidmətləri bölməsinin rəhbəri Ülviyyə Əfəndiyevanın sözlərinə görə “BakıKart” nəqliyyat kartlarının balansının artırılması xidməti bütün “MilliÖN” köşklərində əlçatan olacaq.

Onun sözlərinə görə, hazırda paytaxtda avtobus dayanacaqlarında quraşdırılan “MilliÖN” kartomatların sayı 150-dən çoxdur.

“Kartomatların sayının az olması müştəriləri narahat etməsin. Bu problemin köklü şəkildə həll olunması istiqamətində “BakıKart”la birgə yeni layihə hazırlanır. Belə ki, mövcud olan bütün “MilliÖN” köşklərində “BakıKart” kartlarının balansının artırılması mümkün olacaq”, – deyə Ü. Əfəndiyeva qeyd edib.

 

Mənbə: https://apa.az/

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Huawei “Ağıllı kənd” texnologiya Qarabağda tətbiq edəcək

Read Next

Azərbaycanın ilk antivirusu (zərərverici) təqdim edildi

%d bloggers like this: