Bakı metrosunda QR-kod sistemi tətbiq olunacaq

Bakı metrosunda QR-kod sistemi tətbiq olunacaq

Bakı metropoliteninin sərnişinləri gediş haqlarını QR-kod vasitəsilə həyata keçirə biləcəklər.

Bunu “Baku Transit Forum 2021 Smart City” tədbirində çıxış edən “Bakı Metropoliteni” QSC-nin işarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov deyib.

Onun sözlərinə görə, bu və digər növ ödənişlərin həyata keçirməsinə imkan yaradan yeni sistemin qoşulması istiqamətində sınaqlar aparılıb və müsbət nəticələr əldə olunub.

“Metropolitenin fəaliyyətinin bərpasından sonra bu imkanlar istifadəçilərin ixtiyarına veriləcək”, – deyə E. Məmmədov qeyd edib.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

OPPO Qualcomm prosessorlu büdcə smartfonlarını təqdim etdi

Read Next

“CBC FM”in Qarabağda regional radio kanalı olacaq

%d bloggers like this: