AzərKosmos $1,98 milyon dəyərində xidmət ixrac etmişdir

AzərKosmos $1,98 milyon dəyərində xidmət ixrac etmişdir

2021-ci ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 21 ölkəsinə $1,98 milyon dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilmişdir. Bu göstərici keçən il yanvar ayı ilə müqayisə ($1,84 milyon) 8% çoxdur.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 84 faizini təşkil etmişdir.

2021-ci ilin yanvar ayında “Azərkosmos” ASC-nin xidmət ixrac etdiyi 5 əsas ölkə: Birləşmiş Krallıq (825 min $), Fransa (625 min $), BƏƏ (131 min $), Pakistan  (110 min $), Türkiyə (45 min $).

 

Mənbə: http://www.iqtisadiislahat.org/

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Azərbaycanda Rəqəmsal kənd təsərrüfatı layihəsi

Read Next

Son bir ildə .az domen zonasında 2 245 sayt qeydiyyatdan keçib

%d bloggers like this: