“Azercell” “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqinə artıq hazırdır!

“Azercell” “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqinə artıq hazırdır!

“Əşyaların İnterneti” (İOT) texnologiyaları əsasında az enerji tələbatlı sensorların çalışa biləcəyi şəbəkəsi olan ilk şirkət Azercell oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi tapşırığa əsasən azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasına əsaslanmalı, dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunmalıdır. Bu konsepsiya ilə bağlı “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrində müxtəlif həllərdə istifadə ediləcək qurğuların internet bağlantılarının təmin olunması üçün lazım olan şəbəkə infrastrukturunu ilk olaraq sınaqlar həyata keçirərək hazır vəziyyətə gətirən “Azercell” şirkəti oldu.
Yeni texnologiyaların tətbiqi ilə istifadəçilərinin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağı hədəfləyən “Azercell Telekom” “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrində iştirakı ilə də bu məqsədə xidmət edəcək. Qeyd olunan konsepsiyanın infrastrukturu yüksək texnologiyalar əsasında qurulur və bu layihələrdəki xidmətlərin çalışmasında istifadə edilən qurğuların bir qismi “Azercell”in hal-hazırkı 2G/3G/LTE şəbəkəsi üzərindən fəaliyyət göstərə bilər, lakin bəzi həllərdə az enerji tələbatı olan (məsələn, kiçik batareyalarla çalışan) xüsusi sensor və qurğuların (məsələn, su/qaz sayğacı, kənd təsərrüfatında istifadə edilən sensorlar və s.) istifadəsi ilə rəqəmsal məlumatların mərkəzi sistemə ötürülməsi lazım gəlir. Mobil operatorlar bu tipli sensor və qurğuları dəstəkləmək üçün LTE şəbəkəsində “az enerji tələbatlı şəbəkə” funksiyasını (NB-IoT – Narrow-Band Internet of Things) təklif edir. “Azercell Telekom” da bu imkanı şəbəkəsinə tətbiq edərək lazımi sınaq testlərini keçirərək, abunəçilərinə xidmət və əməkdaşlığa hazır vəziyyətə gətirmişdir.

 

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Ağıllı qolbağ Xiaomi Mi Band 6 kütləvi istehsala buraxılıb

Read Next

“ASAN İmza” BMT-nin Beynəlxalq Elektrokommunikasiya İttifaqının mükafatına namizəd olub

%d bloggers like this: