Azərbaycandan Türkiyə ən sərfəli pul köçürməsi “Azərpoçt”da

Azərbaycandan Türkiyə ən sərfəli pul köçürməsi "Azərpoçt"da

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC Türkiyənin beynəlxalq pul köçürmələri və ödəniş platforması olan “UPT” pul köçürmələri sisteminin Azərbaycanda yeni tərəfdaşı oldu.

“Azərpoçt”dan bildirilib ki, “Ödəniş transferi sistemi üzrə əməkdaşlıq” müqaviləsinə əsasən, “Azərpoçt” MMC və Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatı (PTT) daha sərfəli tariflərlə xidmət göstərməyə başlayır. Müqavilə çərçivəsində “Azərpoçt” MMC və PTT, “Aktif Bank” tərəfindən təqdim olunan “Ödəniş ötürmə sistemi”ndən istifadə etmək barədə razılığa gəlib.

Azərbaycan və Türkiyə arasında sürətli pul köçürmələri hər il dinamik şəkildə artır. Aprel ayından etibarən vətəndaşlar hesab açmadan “Azərpoçt”un 1500-ə, PTT-nin isə 5000-dək poçt məntəqəsində daha aşağı tariflərlə etibarlı pul köçürmə əməliyyatını həyata keçirə bilirlər.

 

Mənbə: https://azertag.az/

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

“HUAWEI” şirkətindən HUAWEI FreeBuds 4i simsiz qulaqcıqlar

Read Next

Azərbaycanda daha bir elektron dələduzluq faktı ifşa edilib

%d bloggers like this: