Azərbaycanda yüksək texnologiyalı protezlərin hazırlanması başlayıb

Azərbaycanda yüksək texnologiyalı protezlərin hazırlanması başlayıb

Əmək, məşğulluq, sosial müdafiə, eyni zamanda, ölkəmizdə yeni nəsil reabilitasiya texnologiyalarının tətbiqi sahələrində Almaniya ilə mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi diqqətdə saxlanılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Almaniyanın Azərbaycandakı səfiri Volqanq Maniqlə görüşündə bildirib.

Dövlətimizin başçısının tapşırığı əsasında ölkəmizdə Almaniyanın “Ottobock SE &Co” şirkəti ilə əməkdaşlıq şəraitində yüksək texnologiyalı protezlərin hazırlanması sexi qurulub. Müharibədə yaralanmış qazilərimizin ötən ilin dekabrından həmin müasir elektron protezlərlə təminatına başlanıb. Ümumilikdə, ölkədə yeni nəsil reabilitasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verilir.

Mənbə: https://azertag.az/

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Kibertəhlükəsizliyə dair onlayn tədbir keçirilir

Read Next

Təhsil Nazirliyi və “Microsoft” arasında əməkdaşlığ davam etdiriləcək

%d bloggers like this: