Azərbaycanda PUA-lara qarşı akustik sistem hazırlanır

Azərbaycanda PUA-lara qarşı akustik sistem hazırlanır

AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən pilotsuz uçuş aparatlarının (PUA) audio əlamətlər ansamblı əsasında aşkarlanması üçün akustik sistem işənir.  Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında məruzə olunub.

Məruzəni təqdim edən Rəşad İbrahimov PUA-ların aşkarlanması məsələsinin aktuallığı haqqında məlumat verib.

Bildirib ki, hazırda PUA-lar müxtəlif sahələrdə tətbiq olunur. Bu qurğuların tətbiqinin intensivləşdiyi dövrdə meydana çıxan problemlərdən biri də təhlükəsizlik və məxfiliklə bağlı qaydalara riayət edilməsidir. Elə ərazilər var ki, burada PUA-ların icazəsiz uçuşunun təşkili təhlükəsizlik və məxfiliklə bağlı ciddi problemlər yaradır və hətta bədbəxt hadisələrlə nəticələnə bilər. Bu ərazilərə hava limanları, hərbi obyektlər, xəstəxanalar, həbsxanalar, sərhəd zonaları, nüvə elektrik stansiyaları, neft emalı zavodları aid edilə bilər.

Onun sözlərinə görə, təqdim olunan işdə PUA-ların aşkarlanması onların uçuşu zamanı yaratdığı səs siqnallarının spektroqramlarının inteqrasiyası vasitəsilə yaradılmış altı akustik əlamətin ansamblı əsasında aparılıb. Əlamətlər ansamblına “Mel-frequency cepstral coefficients” (MFCC), “Spectral Centroid”, “Zero Crossing Rate”, “Chroma Frequencies”, “Spectral Roll-off”, “Short-time Fourier transform” (STFT) kimi audio əlamətlər daxildir. İşdə təklif edilən PUA-ların aşkarlanması modeli sadə neyron şəbəkələri və konvolyusiya neyron şəbəkələri əsasında qurulub. Təklif edilmiş yanaşmanın effektivliyini qiymətləndirmək üçün PUA-ların uçuş zamanı yaratdığı böyük həcmli audio verilənlər istifadə edilib.

Sonda məruzəyə dair fikir mübadiləsi aparılıb, müvafiq istiqamətdə tədqiqatın davam etdirilməsi və beynəlxalq təcrübənin araşdırılması ilə bağlı təklif və tövsiyələr səsləndirilib.

 

Mənbə: https://azeridefence.com/

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Realme səs-küy ləğv edən TWS qulaqlıqlarını təqdim edir

Read Next

Nokia C20 ultrabüdcəli smartfon təqdim olundu

%d bloggers like this: