Azərbaycanda mobil rabitə sektorunun gəlirləri 2% azalıb

Azərbaycanda mobil rabitə sektorunun gəlirləri 2% azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 145 mln. manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1% azalıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 40,9%-ni təşkil edib.

“Cari ilin ilk iki ayında informasiya və rabitə müəssisələri tərəfindən 354,9 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 75%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 4,5% azalıb”, – deyə komitədən bildirilib.

Mənbə: https://apa.az/

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Apple HomePod ağıllı hoparlörünün istehsalını dayandıracaq

Read Next

Azərbaycan studiyasından oyununu beynəlxalq müsabiqədə təqdim etdilər

%d bloggers like this: