Azərbaycanda “Elektron əmək birjası”nın yaradılmasına 361 min manat ayrılacaq

Azərbaycanda “Elektron əmək birjası”nın yaradılmasına 361 min manat ayrılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi “Elektron əmək birjası” platformasının hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Dövlət satınalmaları portalında qeyd olunan məlumatlarına əsasən, tenderin qalibi “Evrodizayn” QSC-dir. Qalib şirkətə 361 min manat ödəniləcək.

Qeyd etmək lazımdır ki, Mobil tətbiq və veb əsaslı portaldan ibarət olacaq platforma “Əmək münasibətləri və məşğulluq” altsistemi, digər dövlət qurumlarının informasiya sistemləri və işədüzəltmə vasitəçiliyi ilə məşğul olan e-platformalar ilə qarşılıqlı əlaqədə işləyəcək.

İşsiz, işaxtaran şəxslər və müxtəlif növ işlərin görülməsi üçün sifarişlər vermək istəyən şəxslər bu platformada qeydiyyatdan keçəcəklər. Onlar burada özlərinə dair zəruri məlumatları, göstərdikləri xidmətləri və ya hansı işlərin görülməsi üçün işçiyə tələbatlarının olduğunu qeyd edəcəklər.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Xiaomi yeni büdcəli oyun smartfonu hazırlayır

Read Next

“Hər 100 manatlıq əməliyyatın 62 manatı onlayn bankçılığın payına düşür”

%d bloggers like this: