Azərbaycanda elektrik şəbəkəyə onlayn qoşulmaq olacaq

Azərbaycanda elektrik şəbəkəyə onlayn qoşulmaq olacaq

Sahibkar olduğu məkanı tərk etmədən, elektron formada obyektini enerji təchizat şəbəkəsinə qoşa bilər.

“Azərişıq” ASC verdiyi məlumata əsasən, Onlayn müraciət 20 gündən gec olmayaraq reallaşır və obyekti elektrik enerjisi ilə təmin edilir.

Bu sistem digər dövlət qurumları ilə inteqrasiyada olduğundan müraciət edən sahibkar özünə aid məlumatları ümumi bazadan götürə bilər. Reyestr və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin kordinatları və obyektə ən yaxın Transformator Məntəqəsi avtomatik müəyyənləşir. Bununla da, sahibkar 150 kvt-a qədər tələb olunan gücü müəyyənləşdirərək qoşulma haqqını hesablayır və onlayn qaydada ödəniş edir.

Elektron müraciət avtomatik icra olunur və 20 gündən gec olmayaraq sahibkarın obyekti elektrik enerjisi ilə təmin edilir.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Nokia C20 ultrabüdcəli smartfon təqdim olundu

Read Next

Bu qurumlar “Hökumət buludu”na keçəcək

%d bloggers like this: