Azərbaycanda əhalinin 81,1% internet istifadəçisidir

Sosial şəbəkələr

“We are social” platformasının yaydığı son məlumata görə, Azərbaycanda əhalinin 81,1%-i (8,26 milyon) internet istifadəçisidir. Azərbaycan üzrə internet istifadəçilərinin sayı ötən ilə nisbətən 202 min nəfər, yəni 2,5% artıb.

Internet istifadəçilərinin sosial şəbəkə platformalarından istifadə aktivliyini nəzərə alınaraq Media Təhlil Mərkəzi (MTM) növbəti sorğu keçirib.

Sorğuda iştirak edən 730 respondentin 49%-ni qadınlar, 51%-ni kişilər təşkil edib. Respondentlər cavablardan bir neçəsini seçməklə son 3 ayda aktiv olduqları sosial şəbəkələri açıqlayıblar.

Göstəricilər aşağıdakı kimidir:

“Whatsapp” 92,2%;

“Facebook” 87,9%;

“Instagram” 76,4%;

“Telegram” 60,3%;

“Twitter” 23,3%;

“Tiktok” 18,6%;

“Linkedin” 12,7%;

‘VKontakte” 5,8%;

“Odnoklassniki” 4,8%.

İştirakçıların 7,1%-i sosial şəbəkələrdən gündə bir dəfə istifadə etsə də, 91,4%-i gün ərzində bir neçə dəfə istifadə etdiyini vurğulayıb. Respondentlərin 0,8%-i həftədə bir neçə dəfə, 0,3%-i həftədə bir dəfə, 0,4%-i isə sosial şəbəkələrdən çox az hallarda istifadə etdiyini bildirib. Cavab verənlərin 55,2%-i sosial şəbəkələrə ayırdıqları vaxtın onların təhsilinə və ya işinə mane olmadığını düşünsə də, 10,3%-i bunun əksini, 34,5%-i isə sosial platformalarda az vaxt keçirdiyini qeyd edib. Sorğu iştirakçılarının 58,1%-inin qənaətinə görə, sosial şəbəkələr onların işinə və ya təhsilinə müsbət təsir göstərir. Sosial platformalardan əyləncə üçün istifadə edənlər respondentlərin 31,6%-ni, sosial şəbəkələrin vaxt itkisi olduğunu bildirənlər isə cavab verənlərin 10,3%-ini təşkil edib.

 

Mənbə: https://report.az/

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Azərbaycanda daha bir elektron dələduzluq faktı ifşa edilib

Read Next

Azərbaycanda Kosmik Agentliyi yaradılıb

%d bloggers like this: