Azərbaycanda açılan kibertəhlükəsizlik sorğularının sayı azalıb

kiber tehlukesizlik

Bu ilin mart ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı fevral ayı ilə müqayisədə 18,8% azalaraq 350 ədəd təşkil edib.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, mart ayı ərzində mərkəzə daxil olan sorğulardan 95,1%-nə baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata əsasən, mart ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 11 yeni subdomen qeydiyyatdan keçib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 26 hesabat təqdim edilib.

Ümumilikdə, cari ilin yanvar-mart aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 1174 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 96,5%-i baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 49 hesabat təqdim edilib. Yanvar-mart ayları ərzində Azərbaycanın internet seqmentində 13 domen və 36 subdomen qeydiyyata alınıb.

 

Mənbə: https://apa.az/

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

100 minə yaxın azərbaycanlının Facebook məlumatları oğurlanıb

Read Next

LG Electronics mobil biznes bölməsini bağlayır

%d bloggers like this: