“ASAN İmza” BMT-nin Beynəlxalq Elektrokommunikasiya İttifaqının mükafatına namizəd olub

“ASAN İmza”

Azərbaycanın mobil identiteti hesab olunan “ASAN İmza”, BMT-nin Beynəlxalq Elektrokommunikasiya İttifaqının himayəsi altında İnformasiya Cəmiyyəti məsələləri üzrə yüksək səviyyədə Ümumdünya Görüşü-2021 mükafatına namizəd olub.
Əhatəli rəqəmsal identitet sahəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində reallaşdırılan ən yaxşı təcrübə layihəsi kimi “ASAN İmza” mobil elektron imza digər 20 layihə arasında 10-cu nominasiyaya – “Hökumətlərin və bütün maraqlı tərəflərin İKT-nin inkişafındakı rolu” nominasiyasına layiq görülüb.
“ASAN İmza” layihəsinin təsvirində qeyd olunub: “Düzgün fəaliyyət göstərən hər bir informasiya cəmiyyətinin inkişafı təhlükəsiz rəqəmsal identitet infrastrukturunun yaradılması ilə başlayır. Gələcək rəqəmsallaşdırma üçün kritik çıxış nöqtəsi kimi elektron hökumətdən elektron ticarətə qədər – rəqəmsal identitetin funksional sistemi davamlı iqtisadi yüksəliş üçün imkanlar yaradır və vətəndaşlar üçün yüksək keyfiyyətli və əlçatan dövlət xidmətləri təqdim edir”.

 

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

“Azercell” “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqinə artıq hazırdır!

Read Next

Apple yeni iPad-ləri aprel ayında elan etməyi planlaşdırır

%d bloggers like this: