“Ağıllı şəhər” və digər qabaqcıl nümunələri bu gün Bakıda müzakirə edəcəklər

Baku Transit Forum 2021: Smart City

Bu gün “Baku Transit Forum 2021: Smart City” beynəlxalq onlayn forumu keçiriləcək.

Forum İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az internet portalının təşkilatçılığı və Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə keçirilir.

Forumda AzərbaycanRusiyaUkraynaGürcüstanBelarusQətərBirləşmiş Ərəb Əmirlikləri və digər ölkələri təmsil edən dövlət qurumlarının nümayəndələri və qabaqcıl şirkətlərin rəhbərləri nəqliyyat infrastrukturunda tətbiq olunan yeni nəsil nağdsız ödəniş texnologiyaları, innovativ layihələr, “Ağıllı şəhər” modelinin qabaqcıl nümunələriiqtisadi və sosial faydaları, nəqliyyat infrastrukturunda əldə olunan nailiyyətlər və perspektivlər barədə təqdimatlarla çıxış edəcəklər.

Çıxışçılar sırasında Azərbaycan Beynəlxalq Bankının (АВВ) İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev və Bankın Pərakəndə bankçılıq departamentinin direktor müavini Əfqan Abbasov da var. Forumda Bankın son illərdə ölkəmizə gətirdiyi və “Ağıllı şəhər” konseptinin inkişafına xidmət edən innovativ bankçılıq həlləri, o cümlədən NFC texnologiyası ilə bağlı təqdimatlar, müzakirələr olacaq. Xüsusilə dəmiryolu nəqliyyatında gediş haqlarının Azərbaycan Beynəlxalq Bankının kartları ilə təmassız ödənişi haqqında ətraflı məlumat veriləcək.  

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Samsung və Adidas Galaxy Buds Pro qulaqlıqlarının xüsusi buraxılışını təqdim etdilər

Read Next

OPPO Qualcomm prosessorlu büdcə smartfonlarını təqdim etdi

%d bloggers like this: