Məşhur video hostinq YouTube, ABŞ bazarında TikTok analoqunu istifadəyə verdi. Shorts adlı yeni xidmət vasitəsilə istifadəçilər qısa videolarını dərc edə bilərlər.
YouTube Shorts smartfondan roliklərə baxmaq üçün istifadəçilərə şaquli olaraq video yazma imkanı verir. TikTok-da olduğu kimi Shorts-da da xidmət kitabxanasından videolara xüsusi effektlər və musiqi tətbiq edə bilərsiniz.
YouTube təmsilçilərinin bildirdiyinə görə, xidmətin beta versiyası yaxın bir neçə həftə ərzində ABŞ-dakı istifadəçilər üçün əlçatan olacaq.
Mənbə: https://www.reuters.com/