“Telegram”da yeni funksiya: Kanallarda səs çatları

“Telegram”da yeni funksiya: Kanallarda səs çatları

Son zamanlarda getdikcə populyarlaşan “Telegram” sosial şəbəkəsində yeni funksiya istifadəyə verilib: artıq kanallarda da səs çatları yaratmaq mümkün olacaq. Onların dinləyicilərinin sayı isə məhdudlaşdırılmayacaq.

Səs çatlarını yaddaşda saxlamaq mümkündür. Onların iştirkaçılarının bioqrafiyası da açıq şəkildə təqdim olunacaq. İştirakçı söz demək istəyini bildirdikdən sonra, spikerlər onu öz kanalları adından çata qoşa biləcəklər.

“Kanallardakı və açıq qruplardakı səs çatları üçün iştirakçı məhdudiyyəti aradan qaldırılıb. Canlı efirdəki söhbətlərə artıq milyonlarla istifadəçi qulaq asa biləcək. Bu isə o deməkdir ki, hər bir “Telegram” kanalı faktiki olaraq, radiostansiya funksiyasını yerinə yetirəcək”, – deyə şirkətdən verilən məlumatda bildirilib.

Açıq qrupların və kanalların adminləri səs çatları üçün dəvət linkləri hazırlaya və onları iki qrupa bölməklə (spikerlər və dinləyicilər üçün olan linklər) lazımi ünvanlara göndərə biləcəklər.

Mənbə: https://oxu.az/

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Dövlət Vergi Xidmətinin Rəqəmsal Transformasiya Şurası yaradılıb

Read Next

Samsung yeni nəsil monitorları təqdim etdi

%d bloggers like this: