“Instagram” və “Facebook”da vaksinlərin təhlükəsizliyi ilə bağlı məlumat veriləcək

Facebook Instagram

“Instagram” və “Facebook” sosial şəbəkələri dezinformasiyanın yayılmasının qarşısını almaq məqsədi ilə koronavirus peyvəndləri barədə yazılara xüsusi qeydlər əlavə etməyə başlayıb.

Bu barədə məlumat “Facebook” şirkətinin saytında yerləşdirilib.

Artıq peyvəndlərin müzakirəsi aparılan yazılarda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təhlükəsizliyinə zəmanət verilən vaksinlər barədə məlumatlar görünür.

Hələlik qeydlər ingilis, fransız, ispan, portuqal, ərəb dillərində yayılır.

Yaxın həftələrdə vaksinlər barədə məlumat digər dillərdə də dərc ediləcək.

Mənbə: https://oxu.az/

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Microsoft ikinci nəsil Surface Duo-nu buraxmağı planlaşdırır

Read Next

COVID-19 analiz nəticəsini onlayn qaydada əldə etmək üçün elektron xidmət istifadəyə verilib

%d bloggers like this: