“Huawei” öz əməliyyat sistemi ilə işləyəcək ilk planşetini buraxacaq

Huawei MatePad Pro

Huawei” şirkəti “MatePad Pro” planşetinin ikinci nəslini buraxmağa hazırlaşır. Cihaz şirkətin öz istehsalı olan “HarmonyOS” əməliyyat sistemi ilə təmin olunacaq.

Kod adı “Wanger” olan bu planşet Çin tənzimləyicisi TENAA-nın məlumat bazasında görünüb. Sertifikatlaşmış məlumatlara görə, “MatePad Pro 2” beşinci nəsil şəbəkələrdə işləmək üçün dəstək alacaq. Bundan əlavə, planşet “Huawei” tərəfindən “Android”in əvəzləyicisi olaraq hazırlanmış “HarmonyOS” əməliyyat sisteminin avtomatik olaraq quraşdırıldığı ilk cihaz olacaq.

Ola bilsin, yeni nəsildə IPS ekranını AMOLED matrisi əvəz edəcək. Ekranın diaqonalı 12,6 düym olacaq. “HiSilicon Kirin 9000 SoC” prosessorundan istifadə oluncağı isə artıq insayderlər tərəfindən təsdiqlənib.

Mənbə: https://report.az/

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

“Google Maps” ekoloji təmiz marşrut üzrə hərəkət etməyə yönəldəcək

Read Next

Xiaomi Mi MIX Fold – ən ucuz qatlanan smartfonu təqdim edildi

%d bloggers like this: