YAP Yasamal rayon təşkilatı 20 illik yubileyini qeyd etdi

Kolecimizdə Yasamal Rayon İcra Hakimiyyətində YAP Yasamal rayon təşkilatının yaradılmasının 20 illiyinə həsr olunmuş tədbir keçirildi. Azərbaycanın himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri,professor Fikrət İsmayılov partiyanın yaranma zəruriyyətindən danışdı. O, bildirdi ki, YAP zamanın tələbi, xalqın istəyi ilə yaranan partiyadır. Tarixə “91-lər”-in müraciyəti kimi daxil olan sənəddə həmin dövrün səciyyəvi xüsusiyyətləri öz əksini tapmışdı. Dahi şəxsiyyət Heydər Əliyev müraciətin cavabında Yeni Azərbaycan Partiyasının Yaradılmasını obyektiv zərurətdən doğan addım kimi dəyərləndirərək, bu inamı ifadə etmişdi ki, belə partiya Azərbaycanın ictimai – siyasi həyatında fəal iştirak edərək, yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarıxi rol oynaya bilər. 20 illik şərəfli yol bu fikirlərin təsdiqidir. Ulu öndərin “Dünənin, bu günün və gələcəyin partiyası”deyə həm keçmişini həm bu gününü, həmdə gələcəyini müəyyən etdiyi Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq , dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birinin əvəzləyən uğurlarına atdığı imzası onun cəmiyyətdəki mövqeyini dahada möhkəmləndirilmiş ümumxalq partiyası olduğunu təstiqləmişdi.
YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva vurğuladı ki, YAP respublikamızın siyasi avanqardı, cəmiyyətimizin ən güclü siyasi partiyasıdı. Partiyanın yaradılması ulu öndər Heydər Əliyevin xalqımız qarşısındaki xidmətləri silsiləsində xüsusi mərhələ kimi qiymətləndirilməyə layiq, yadda qalan, mürəkkəb ictimai – siyasi proseslərlə müşayiət olunan çoxşahəli və çoxpilləli bir hadisədir. Çünki bu partiyanın siyasi səhnəyə gəlməsi ilə ölkəmizdə demokratiya, azadlıq, müstəqillik ideyalarının həqiqi mahiyyəti öz təcəssümünü tapdı. Məhz bu partiya siyasi müstəqillik savaşının çətin yollarından ötüb suveren dövlət quruculuğu vəzifələrini həyata keçirən insanlara, xalqa, dövlətə təmənnasız, həqiqi xidmətlər nümunəsi aşıladı. Tezliklə aydın oldu ki, YAP gələcəyimizin və xalqımızın tale partiyasıdır. Bu partiyanın siyasi səhnəyə gəlməsi ictimai ehtiyacların obyektib təlabatına verilən real cavab idi. Ulu öndər Heydər Əliyev çox yaxşı bilirdi ki, yeniləşən Azərbaycan öz siyasi, sosial və dövləti simasınıda dəyişəcək, yeniləşdirəcəkdir.
YAP-ın tarixi xidmətlərindən biri xalqımızın mənəvi gücünü səfərbəy etmək oldu. Əsl müstəqil dövlət də bunun nəticəsi, yekunu kimi bərqərar olur.Yalnız öz millətinin xalqının mənəvi potensialını üzə çıxaran dövlətlər əsl müstəqillik yolu ilə gedirlər. N. Əliyeva qeyd etdi ki ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP-ı yarandığı gündən ümumxalq partiyasını çevrilməklə həyata keçirdiyi siyasət nəticəsində biri-birindən əhəmiyyətli uğurlara imza atdı. Bu gün partiyanın sıralarında 600 min üzvün birləşməsi də bunun təsdiqidir. N. Əliyeva partiyanın sıralarından qadınların çoxluq təşkil etməsinin və onların siyasi fəallıqlarını günbəgün artırmalarını diqqətə çatdırdı. Bu fikirlə xüsusi vurğuladı ki, 1995 -ci ildə YAP Qadınlar Şurasının yaradılması ulu öndər Heydər Əliyevin partiyanın sıralarında qadınların təmsil olmasına göstərdiyi diqqət və qayğıdan qaynaqlanır. Partiyanın 600 min üzvünün demək olar ki, 50 faizini qadınlar təşkil edir. YAP Yasamal rayon təşkilatının 26 min üzvünün 14 mini qadındı.
YAP Yasamal rayon təşkilatı İdarə Heyətinin üzvü, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev partiyanın keçdiyi inkişaf yolundan geniş bəhs edərək, bildirdi ki, Azərbaycanın bu günkü uğurları Heydər Əliyev siyasətinin təntənəsidir. Düzgün qurulan siyasət nəticəsində Azərbaycan günbəgün inkişaf edir, beynəlxaq aləmdə yeri və rolunu möhkəmləndirir. Ölkəmiz dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, böyük tikinti meydançasını xatırladır. Paytaxt və rayonlardan quruculuq, abadlıq işləri geniş vüsət alıb. Bu uğurlar ölkə əhalisində böyük ruh yüksəkliyi yaradır. İ.Mehdiyev Yasamal rayonunda həyata keçirilən tədbirlərdən bəhs edərək vurğuladı ki, bu işlərin görülməsi İcra Hakimiyyəti ilə YAP Yasamal təşkilatının birgə səylərinin nəticəsidir. Qarşıda daha böyük işlərin dayandığını qeyd edən İ. Mehdiyev bu birlik sayəsində qarşıdakı tədbirlərin yüksək səviyyədə həyata keçiriləcəyinə inamını ifadə etdi. Tədbir konsert proqramı ilə davam etdi xəbərin şəkilləri.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Azərbaycanın dəyərli qəhrəmanı “Azərbaycan bayrağı” ordenli , keçmiş kəşfiyatçı İbad Hüseynovla görüş keçirilmişdir.

Read Next

Xalq şairi Nəriman Həsənzadə ilə görüş

%d bloggers like this: