YAP İlk Partiya Təşkilatının hesabat yığıncağı

02.03.2017 YAP 2 nömrəli Bakı Baza Tibb Kolleci İlk Partiya Təşkilatının hesabat -seçki yığıncağı keçirildi. Tədbirdə qonaq qismində YAP Yasamal rayon Partiya Təşkilatının sədri T.Əhmədov, 1 nömrəli Tibb Kollecinin direktoru N.Mövsümov, YAP Yasamal rayon Partiya Təşkilatının məsləhətçiləri E.Mustafayeva və Ü.Əliyeva, kollecimizin İlk Partiya Təşkilatının İdarə Heyəti və üzvləri iştirak etdilər. Kollecimizin direktoru D.Ə.Məmmədəliyevanın sədrlik etdiyi bu yığıncaqda İlk Partiya Təşkilatının yeni İdarə Heyəti səsvermə yolu ilə seçildi. İlk Partiya Təşkilatının sədri G.Quluzadə iki illik fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış etdi və səs çoxluğu ilə yenidən sədr vəzifəsinə təyin olundu. İclasda həmcinin 19 nəfər YAP üzvünə vəsiqə verildi, müəllim və tələbələrdən ibarət 16 üzvlüyə namizəd səsvermə yolu ilə YAP üzvlüyünə qəbul olundu.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Ümumdünya Mülki Müdafiə Günü

Read Next

“İcmaya əsaslanan sağlamlıq” seminarı

%d bloggers like this: