Xocalı Soyqırımı 27 – ci il dönümü

2019.02.25 Xocalı Soyqırımının 27-ci il donümünə həsr olunmuş tədbirdə kollecin müəllim-tələbə heyəti iştirak etdi. Kollecin direktoru D.Ə.Məmmədəliyeva Xocalı soyqırımının həqiqətlərindən danışdı. Xocalı qurbanlarının ruhu 1 dəqiqəlik sükutla yad edildi. “İctimai elmlər” fənn müəllimi Z.Qasımovun çıxışı dinlənildi. Tədbir “Xoca” filminin nümayiş ilə başa çatdı.
2019.02.26 İlk dərslər Xocalı soyqırımına həsr edildi. Həmçinin “Xocalıya gedən yol” mövzusunda mühazirə və dəyirmi masa keçirildi. Məqsəd Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş vəhşi cinayəti gənclərin diqqətinə çatdırmaqdır. Kollecin rəhbərliyi və müəllim-tələbə heyəti paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış “Ana fəryadı” abidəsinə doğru irəliliyən on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünə qatıldılar.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Seminar “Uşaqlarda inkişaf xüsusiyyətləri”

Read Next

Elmi-təcrübi konfrans Süd vəzi xərcəngi

%d bloggers like this: