Vətən sağ olsun

23/07/2021 Cənnətdəki ilk doğum günün mübarək nur üzlü Şəhidimiz! Sən sağ olasan, Vətən!
Şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Şəhidlik – Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır. Bu gün İkinci Qarabağ müharibəsində şəhid olmuş, ürəyi vətən eşqi ilə döyünən, Azərbaycan Ordusunun əsgəri – Kazımlı Mürsəl Kamil oğlunun doğum günüdür. Kazımlı Mürsəl Kamil oğlu 23.07.1992-ci ildə anadan olub. Mürsəl Kazımlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir. 23.10.2020-ci ildə Füzulinin düşmənlərdən azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti – İlham Əliyev cənablarının imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu – Kazımlı Mürsəl Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

ƏL YUMA VƏ STERİL ƏLCƏK GEYİNMƏ

Read Next

Təməl həyat dəstəyi

%d bloggers like this: