Təməl həyat dəstəyi

23.08.2021-ci il tarixindən Avropa İttifaqının maliyyələşdirdiyi sağlamlıq üçün həmrəylik təşəbbüsü layihəsi çərçivəsində ÜST-ün Azərbaycan nümayəndəliyi tərəfindən COVİD-19 xəstəliyinə qarşı mübarizədə tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə 2 nömrəli Bakı Baza Tibb Kollecində təlimlər təşkil olunur. Təlimçilər- kollecin müəllimləri Mustafayeva İradə və Seyidova Günay ÜST-ün rəhbərliyi altında Azərbaycanda PROACT treyninq lahiyəsinə 2020-ci ilin iyun ayından qatılmışdılar. Bir ildən artıqdır ki, “PROACT” Təlim Proqramı çərçivəsində təlimçilər təlimlərdə uğurla iştirak etmiş və SERTİFİKATA layiq görülmüşlər.
Bu təlim kursunun əsas məqsədi infeksion profilaktika və nəzarət sisteminin təşkilinin əsas prinsipləri ilə bağlı bu gün mövcud olan beynəlxalq standartlara uyğun təlimatlarla tanış olmaqdır.
Təlimlər ali və orta tibb işçiləri üçün tibb təhsili müəssisələrində çalışan müəllimlər və tələbələr üçün təşkil olunmuşdur.
Təlimləri uğurla keçmiş iştirakçılara sertifikatlar təqdim edilir.
Hal hazırda 23.08.2021-ci il tarixindən Təməl Həyat Dəstəyi kursunun təlimi başlanıb və bu təlim 2 gün ərzində hər gün 4 saat müddətində keçirilir.Növbəti aylardan isə COVİD-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq edilən yeni vaksinlər haqqında təlimlər keçiriləcək.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Vətən sağ olsun

Read Next

Orta ixtisas təhsili üzrə qeydiyyat

%d bloggers like this: