Soyqırımı günü

31.03.2016-cı ildə 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllim və tələbə heyəti, vaxtı ilə kollecimizin “Müalicə işi” şöbəsində təhsil alan, 1992-ci ildə Şuşada qəhrəmancasına həlak olan Ağayev Nazim Ziyad oğlu və Nadirov Aslan Tanrıverdi oğlunun qohumları Azərbaycanlıların “Soyqırımı günü”nü qeyd etdilər.
Kollecin direktoru t.e.n D.Ə.Məmmədəliyeva, HİK-nın sədri S.S.Zeynalova və şəhid olan tələbələrin qohumları çıxış etdilər. Bir dəqiqəlik sükutla ölənlərin ruhu yad edildi. Sonra tələbələrin hazırladığı bədii kompozisiya təqdim olundu.
Kollecin həyətində qurulan abidənin önünə qərənfillər qoyuldu.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Mini futbol

Read Next

Şəhidlər ölməzdir. Vətən bölünməzdir.

%d bloggers like this: