Seminar “Uşaqlarda inkişaf xüsusiyyətləri”

Son zamanlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ana və uşaqların sağlamlığının qorunmasına dair yeni yanaşmaların tətbiqinə yönəldilən tədbirlər diqqət mərkəzindədir.
Türkiyənin Ankara Universitetinin İnkişaf Pediatriyası kafedrası tərəfindən hazırlanmış “İnkişafın Dəstəklənməsi və İzlənməsi üzrə Beynəlxalq Rəhbərliyi”nin (İDİR) klinik istifadəsinin Azərbaycanda tətbiqi belə yeni yanaşmalara aiddir. Bu proqram çərçivəsində 2019-cu il 5 fevral tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecinin Təkmilləşdirmə kurslarında iştirak edən müdavimlər və kollecin pediatriya fənnini tədris edən müəllimlər üçün İDİR-ə dair seminar təşkil olunmuşdur. Seminar Əziz Əliyev adına ADHTİ-nin Pediatriya kafedrasının dosenti, İDİR üzrə təlimatçı Mətanət Qaraxanova tərəfindən aparılmışdır. Seminar iştirakçılarına uşaqlarda inkişaf xüsusiyyətləri, inkişafa təsir edən risk amilləri, ailələr, ətraf mühitdə olan qoruyucu amillər barədə geniş məlumatlar təqdim edilmişdir.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

20 yanvar 2019

Read Next

Xocalı Soyqırımı 27 – ci il dönümü

%d bloggers like this: