ORTOPEDIK STOMATOLOGIYA ŞÖBƏSINDƏ YARIŞ

Diş texnikliyi də incəsənətin bir növü hesab olunur. 29.04.2015-ci il tarixində “Ortopedik stomatologiya” şöbəsində “Dişlərdə anatomik formanın modelləşdirilməsi” üzrə yarış təşkil olunmuşdur. Yarışda Sumqayıt tibb kollecinin nümayəndələri də iştirak edirdi. Giriş sözü ilə çıxış edən kollecin direktoru t.e.n D.Ə.Məmmədəliyeva iştirakçılara uğurlar arzuladı. Yarış kollecimizin metal-keramik protezlərin hazırlanması kabinetində Seyfullayev Anar müəllimin rəhbərliyi altında keçirildi. Tələbələrdə həyacan, rəqabət aydın sezilirdi.
Yarışın sonunda tələbələr əl işlərini münsiflər heyətinə təqdim etdilər. Əmrahov Xəyal, Nəsirov Mehdi, Mirzəyev Məhərrəm və Rzayev Elnur münsiflər heyətinin üzvləri idi. Tələbələrin göstəriciləri bir – birindən fərqlənsələr də hər biri yaxşı olduğundan seçim bir az çətinləşirdi. Nəhayət birinci, ikinci və iki üçüncü yerin qalibi müəyyən oldu. Cəfərli Nicat, Şahbazov Vüsal, Abbasov Osman və Balaməmmədova Humay qalib oldular. Qaliblərin mükafatlandırılma mərhələsi 2 Nömrəli Bakı Baza Tibb Kollecinin direktoru tərəfindən aparıldı. Sonda xatirə şəkili çəkildi xəbərin şəkilləri.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

20 YANVAR FACİƏSİ.

Read Next

BAKI 2015 AVROPA OYUNLARI

%d bloggers like this: