Novruz 2019

15.03.2019 tarixdə 2 nömrəli Bakı Baza Tibb kollecində “Novruz gəlir, yaz gəlir” adlı bayram şənliyi keçirildi. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısının müavinləri Təravət Muradova və Elçin Rzayev, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov, Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov, 1 nömrəli Tibb Kollecinin direktoru Nəriman Mövsümov, Səhiyyə işçiləri, Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilat şöbə müdiri Elnarə Muradova və başqa qonaqlar iştirak edirdilər. Tələbələrin əl işlərindən hazırlanmış Novruz atributlarını, bahar əhval-ruhiyyəsini əks etdirən gözəl kompozisiyalar qonaqları heyran etdi. Xüsusilə “Müalicə işi” şöbəsinin tələbəsi Aytac Sultanovanın hazırladığı “Şuşada Novruz bayramı” kompozisiyası hər kəsin qəlbində qələbəyə və xoş gələcəyə inam hissləri aşıladı. 2 nömrəli Bakı Baza Tibb kollecinin direktoru Dilarə Məmmədəliyeva tədbiri giriş sözü ilə açaraq qonaqları, kollecin müəllim-tələbə heyətini salamladı, hər kəsi xalqımızın qədim bayramı olan Novruz münasibətilə təbrik edib xoş diləklərini bildirdi. Sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək möhtərəm Prezidentimiz İlham Əliyevin son illərdə apardığı böyük islahatlardan, Azərbaycanda, o cümlədən Yasamal rayonunda olan inkişaf və tərrəqidən danışdı, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək onlara uğur və nailiyyətlər arzuladı. Tədbir Nəzakət Balaqadaşovanın rəhbərlik etdiyi Tələbə Həmkarlar Təşkilatı üzvlərinin hazırladığı konsert proqramı ilə davam etdi. Kollecin “Şəfa” rəqs qrupunun, “Təbib” xor kollektivinin iştirakı ilə gözəl mahnı və rəqs nömrələri, tələbələrin hazırladığı “Arşın mal alan” kompozisiyası, şeirlər və hakıştalar, Kosa və Keçəlin məzəli söhbətləri hər kəsdə gözəl bayram əhval-ruhiyyəsi yaratdı. “Novruz gəlir, yaz gəlir” bayram tədbiri möhtəşəm sonluq və alqışlarla başa çatdı.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Xeyriyyə aksiyası

Read Next

Maarifləndirici tədbir

%d bloggers like this: