Narkomaniyaya yox deyək!

2019.12.03 tarixində 2 nömrəli Bakı Baza Tibb kollecində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Miqrasiya sahəsinin təşkili” İctimai Birliyinin təşkil etdiyi “Narkomaniyaya yox deyək” adlı maarifləndirmə konfransı keçirildi.
Konfransda “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə Dövlət komissiyasının işçi qrupu rəhbərinin müavini Tanıverdi Aydınov, “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin sədri Vidadi Fətullayev, Narkomanlğa və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun sektor müdiri Raqif Allahverdiyev, Respublika Narkoloji Mərkəzin əməkdaşı, Yasamal Rayon İcra Hakimiyyəti nümayəndəsi Azad Niyazov qonaq qismində, kollecin müəllim-tələbə heyəti iştirak etdilər.
Məruzəçi Aynurə Məmmədova öz çıxışında narkomaniyanın insan orqanizmi üçün təhlükəli olduğunu və onun törətdiyi fəsadları haqqında tədbir iştirakçılarını məlumatlandırdı. Gənclərə mövzu ilə bağlı film nümayiş olundu, flayer və bukletlər paylandı. Qonaqlar çıxışlarında gənclərə öz tövsiyyələrini və müraciətlərini bildirdilər. Bu mövzu haqqında daha ətraflı məlumat verdilər.
Kollecin direktoru Dilarə Məmmədəliyeva çıxış edərək mövzunun aktual olduğunu bildirdi.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Tibbi Hüquq

Read Next

Dr.Hande Harmancı ilə görüş.

%d bloggers like this: