Müsabiqə

2018.11.20 Rusiya Federasiyasının AVERON elmi-istehsalat kompleksi tərəfindən 2 nömrəli Bakı Baza Tibb kollecinin və Sumqayıt Tibb kollecinin “Ortopedik stomatologiya” şöbələrinin II və III kurs tələbələri arasında “Anatomik formanın modelləşdirilməsi və keramik kütlənin karkas üzərinə çəkilməsi” mövzusunda “İrəliyə doğru addım” adlı müsabiqə keçirilmişdir. Münsiflər heyəti tərkibində olan AST DENTAL AVERON (Rusiya) şirkətinin baş meneceri Elxan Nadirxanov, İMC-DENTAL klinikasının rəhbəri İmran Cəfərov, Sumqayıt Tibb kollecinin “Ortopedik stomatologiya” fənn müəllimi Elnur Rzayev və 2 nömrəli Bakı Baza Tibb kollecinin “Ortopedik stomatologiya” fənn müəllimləri Mehdi Nəsirov, Anar Hacıyev tələbələrin diş modellərini qiymətləndirdilər. İştirakçıların arasında 3 qalib seçildi: I yer Sevinc Məmmədova (2BBTK), II yer Dövlət Teymurov (Sumqayıt), III yer Ayşən Umudova (2BBTK). Averon şirkəti tərəfindən qaliblər diplom və hədiyyələrlə mükafatlandırıldılar.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

YAP-26

Read Next

Mətbəx sərgisi

%d bloggers like this: