Ümumdünya Tütünsüz Günü

2018.05.18 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Tütün məmulatlarının zərərləri” adında konfrans keçirilmişdir. Konfransda rəhbərlik və müəllim-tələbə heyəti iştirak etmişdir.
İSİM-in həkim-metodisti Lətafət Dadaşova çıxış edərək siqaret çəkməyin sağlamlıq üçün təhlükəli olduğundan və hər il dünyada tütünün yaratdığı xəstəliklərdən 6 milyon insanın dünyasını dəyişməsindən bəhs etdi. Ölkəmizdə tütünlə, siqaret çəkmə ilə mübarizənin aktual olduğunu bildirdi, tütünə qarşı keçirilmiş tədbirlərdən danışdı. Qeyd etdi ki, tütün tüstüsünün tərkibində 400 kimyəvi maddə vardır. Onlardan ən azı 250-si sağlamlıq üçün çox təhlükəli, 50-si isə insanlarda xərçəng xəstəliyi əmələ gətirəndir.
Sonda tələbələrə siqaretin orqanizmə mənfi təsirindən bəhs edən flayerlər paylanmışdır.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Heydər Əliyev 95

Read Next

Elmi konfrans “Dağınıq skleroz”

%d bloggers like this: