Məzun günü

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində
22.06.2017 tarixdə keçirilən “Məzun günü” ilə əlaqədar
2 nömrəli Bakı Baza Tibb Kollecində 22.06.2017 tarixdə saat 1200-da “Məzun günü” bayramı qeyd olundu. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehtiyev və onun müavini Təravət Muradova, Yasamal rayon Yeni Azərbaycan Partiyasının sədri Tağı Əhmədov, Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadrlar, Elm və Təhsil şöbəsinin müdir müavini Səidə Rüstəmova və Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova iştirak etdilər.
Tədbirin proqramı rəsmi və bədii hissələrdən ibarət idi. Rəsmi hissədə 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru, t.e.n. Dilarə Məmmədəliyeva tədbiri öz təbrik çıxışı ilə açaraq qeyd etdi ki, bu gündə 7 ixtisas üzrə 451 tələbə məzun adına layiq görülüb. Daha sonra kollecin tarixindən danışdı, gələcəyin tibb işçilərinə şərəfli və məsuliyyətli işlərində uğurlar və müvəffəqiyyətlər arzuladı.
Çıxış üçün qonaqlara da söz verildi. Bundan sonra tibb işçilərinin andiçmə mərasimi keçirildi. Rəsmi hissənin sonunda oxuduğu müddətdə yüksək təhsil göstəriciləri və ictimai fəallığı ilə seçilən 9 məzun fəxri fərmanlarla təltif olundu.
Tədbirin bədii hissəsində 2 nömrəli Bakı Baza Tibb Kollecindən bəhs edən film nümayiş etdirildi. Daha sonra Tələbə Həmkarlar Təşkilatının, Tələbə Gənclər Təşkilatının rəhbərliyi ilə tələbələrin hazırladığı şeir kompozisiyaları, musiqi nömrələri, kollecin “Şəfa”rəqs qrupunun ifasında müxtəlif rəqslər bir-birini əvəz etdi.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Ümummilli lider H. Əliyevin 94-cü ildönümü

Read Next

Tibbi təlim

%d bloggers like this: