“Məzun Günü” 2018

2018.06.28 Məzun günü keçirildi. Tədbirdə Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Ə.Əzizov, Yasamal rayon İcra Hakimiyyəti başçı müavini T.Muradova, Yasamal rayonu Yeni Azərbaycan Partiyasının sədri T.Əhmədov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü, Respublika Klinik Xəstəxanasının baş həkimi T.İbadov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kadrlar, Elm və Təhsil şöbəsinin müdir müavini S.Rüstəmova və kollecin müəllim-tələbə heyəti iştirak etdi.Kollecin direktoru D.Məmmədəliyeva tədbirin rəsmi hissəsini öz təbrik çıxışı ilə açaraq qeyd etdi ki, bu gündə 7 ixtisas üzrə 481 tələbə məzun adına layiq görülüb. O, kollecin qısa tarixindən danışdı və gələcəyin tibb işçilərinə şərəfli və məsuliyyətli işlərində uğurlar və müvəffəqiyyətlər arzuladı. Maraqlı nitqi ilə məzunları Yasamal rayon İcra Hakimiyyətinin başçısı Ə.Əzizov təbrik etdi. Digər qonaqlar da çıxışları ilə təbriklərə qoşuldular. Sonra məzunların “Andiçmə” mərasimi keçirildi. Rəsmi hissənin sonunda oxuduğu müddətdə yüksək təhsil göstəriciləri və ictimai fəallığı ilə seçilən 14 məzun Fəxri Fərman və hədiyyələrlə təltif oldu.Tədbirin bədii hissəsində məzunların 3 il təhsil aldıqları müddətdə tələbə həyatından bəhs edən qısa film nümayiş olundu. Daha sonra Tələbə Həmkarlar Təşkilatının rəhbərliyi ilə tələbələrin hazırladığı şeir kompozisiyaları, musiqi nömrələri, kollecin “Şəfa” rəqs qrupu, “Təbib” xor qrupu ifasında çıxışlar bir-birini əvəz etdi.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Azərbaycan Xalq Cümhuriyyəti 100

Read Next

2018-2019 cu tədris ili

%d bloggers like this: