Maarifləndirici tədbir

2019.03.29 Kollecin direktoru D.Məmmədəliyeva DTX-nin 100 illik yubileyi ərəfəsində belə bir tədbirin keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirdi, ölkəmizin bugünkü uğurlu inkişafında, sabitliyin, əmin-amanlığın təmin olunmasında təhlükəsizlik xidməti orqanlarının böyük rolunu, onun təcrübəli əməkdaşlarının xüsusi əməyini minnətdarlıqla qeyd etdi, dövlət təhlükəsizlik orqanlarının gənclərlə yüksək münasibətinin formalaşmasının ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətinin, Prezident İlham Əliyevin gənclərə qayğısının bariz nümunəsi olduğunu bildirdi.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı F.Quliyev “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusu ilə kollecin müəllim-tələbə heyəti qarşısında çıxış etdi. O, xüsusi xidmət orqanlarının tarixindən, ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında 25 illik fəaliyyətindən söz açıb. DTX tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirlərindən, o cümlədən bu tədbirlərdə vətəndaşların rolundan danışdı, xüsusi xidmət orqanlarının aşkar və gizli iş üsulları anlayışı, onun dövlət idarəçiliyində rolu, xarici xüsusi xidmət orqanları, onların Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti, beynəlxalq terrorçu təşkilatlar, narkomaniya və insan alveri kimi transmilli cinayətkarlıq mövzularına da toxundu. Çıxış slaydlarla müşayiət olunurdu. Sonda lektor mövzu ilə bağlı tələbələri maraqlandıran suallara ətraflı cavab verdi.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Novruz 2019

Read Next

Xeyriyyə

%d bloggers like this: