Konfrans “Ortodontiya”

2018.12.17 “Diş texnikliyi” fənn birləşməsi tərəfindən hazırlanmış “Ortodontiya” adlı konfrans keçirildi. Müəllim-ortodontlar- Nuranə Fərəcova və Minayə Qasımova son illər stomatologiyanın bir şaxəsi olan ortodontiya elminin sürətlə inkişaf etməsindən danışdılar. Uşaqlarda perinatal və postnatal dövrlərdə hər hansı anomaliyaların baş vermə səbəbləri, profilaktikası, müalicəsi ilə məşğul olan ortodontiya elmi haqda geniş məruzə oxundu.
Ortodontiyanın tarixi, dərin iz qoymuş alim stomatoloqlar, qədim ortodontik aparatlardan başlayaraq müasir mürəkkəb konstruksiyalar haqda məlumat verildi. Məruzələr slaydlar və şəkillər ilə müşayiət olundu. Auditoriyada maraq doğuran bu sahə üzrə sualları məruzəçilər həvəslə cavablandırdılar.
Sonda kollecin direktoru Dilarə Məmmədəliyeva Azərbaycanda ortodontiyanın inkişafında böyük rolu olmuş ortodontlar haqda danışdı və konfrans təşkilatçılarına öz dərin təşəkkürünü bildirdi.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

HEYDƏR ƏLİYEV – ANIM GÜNÜ

Read Next

Bilik müsabiqəsi

%d bloggers like this: