Hörmətli tələbələr!

Payız semestri başa çatır. Qarşıda imtahan sessiyasıdır.
Nəzərinizə çatdırırq ki, Payız sessiyasının imtahanları onlayn şəkildə kollecin Virtual Test Mərkəzində yenilənmiş proqram vasitəsilə keçiriləcək.
İmtahan sessiyası 11.01.2021-07.02.2021-ci il tarixlərində, imtahanlar 09:00-18:00-dək baş tutacaq.
Payız imtahan sessiyası üzrə imtahan cədvəli tərtib olunub, imtahanların vaxtı haqqında məlumat veriləcək.
Ümumi test sayı hər fənn üzrə 30% azaldılıb.
İmtahan fənləri üzrə nümunə testlər sizə təqdim olunacaq. Testlər cavablıdır. Təqdim olunmayacaq testlər də Payız semestri ərzində öyrənilmiş mövzuları əhatə edəcək.
Əlavə olaraq qeyd edirik ki, mövcud pandemiya şəraiti, onlayn təhsil prosesinin çatışmazlıqları, dərs proqramının sıxlaşdırılmış formada tədrisi ilə əlaqədar cari imtahan testləri ötən semestrlərə nisbətən daha yüngül və sadələşdirilmiş şəkildə tərtib edilmişdir.
Tələbə cədvəl üzrə müəyyən olunmuş vaxtda onlayn şəkildə login və paroldan istifadə edib sistemə daxil olaraq 45 dəqiqə ərzində 50 suala cavab verməklə imtahanda iştirak edəcək.
İmtahan zamanı hər sual “2 bal” qiymətləndirilməklə minimum keçid balı “52 bal” hesab olunacaq. İmtahan bitdikdə tələbə topladığı balı dərhal monitorda görəcək.
İmtahan zamanı hər hansı bir problem olduqda (internet bağlantısı və s.) tələbə imtahanı yenidən verə biləcək.
İmtahanda iştirak edib fənn üzrə müvəffəqiyyət qazana bilməyən tələbələr üçün imtahan sessiyası müddətində təkrar imtahanlar təşkil olunacaq. “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları” haqqında 354 nömrəli qərara əsasən təkrar imtahanlar üçün fənnin kreditinə uyğun nəzərdə tutulmuş məbləğin 25%-i həcmində ödəniş tələb olunsa da, Covid-19 pandemiyası ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq kollecin Pedaqoji Şurasının qərarı ilə 2020/2021-ci tədris ilinin Payız imtahan sessiyasında tələbələrin təkrar imtahanda ödənişsiz iştirakı təmin ediləcək.
Cədvəl üzrə imtahandan və təkrar imtahandan ardıcıl müvəffəqiyyət qazana bilməyən tələbənin həmin fənn üzrə akademik borcu yaranmış olacaq.
Üzürlü səbəbdən cədvəl üzrə müəyyən olunmuş vaxtda imtahanda iştirak etməyən tələbə şöbəyə onlayn şəkildə arayış təqdim etdiyi halda təkrar imtahanda iştirak edə biləcək.
Yaradılan “Qaynar xətt” və imtahan qərargaha daxil olan hər bir şikayət və müraciətlərin operativ şəkildə araşdırılması təmin ediləcək.
Tələbələrin onlayn imtahan zamanı testlərin məzmunu ilə bağlı iradları yaranarsa, kollecin nəzdində təşkil olunmuş Apellyasiya Komissiyasına və kollecin ([email protected]) elektron ünvanına müraciət edə biləcəklər.
Payız semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı 2020/2021-ci tədris ilinin yaz semestri başlayanadək müəyyən edilməlidir. Müvəffəqiyyət gösrəiciləri eyni olan tələbələrin təqaüdə təqdim olunması zamanı əvvəlki semestrlərdə əldə etdikləri ÜÖMG nəzərə alınacaq.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Ümummilli lider H.Əliyevin 17-ci anım ili

Read Next

2 Fevral Azərbaycan Gənçlər Günü

%d bloggers like this: