Heydər Əliyev 95

2018.05.10 il tarixdə kollecimizin akt zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə qonaq qismində Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova və İcra Hakimiyyətinin digər məsul şəxsləri, 1 nömrəli Tibb Kollecinin direktoru Nəriman Mövsümov iştirak etdilər. Tədbiri kollecin direktoru Dilarə Məmmədəliyeva açaraq qonaqları, müəllim-tələbə heyətini salamladı, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında əvəzsiz xidmətlərindən bəhs etdi. Sonra Yasamal rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət Muradova çıxış edərək Heydər Əliyevin şərəfli ömür yolundan və milli dövlətçilik tariximizdə misilsiz xidmətlərindən, o cümlədən hüquqi dövlət quruculuğu naminə müstəsna fəaliyyətindən danışdı.
Kollecin tələbələrinin rəsm və əl işlərindən təşkil olunmuş sərginin nümayişi ilə başlayan tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr olunan videofilmin nümayişi və tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya ilə başa çatdı.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Spartakiada yarışları

Read Next

Ümumdünya Tütünsüz Günü

%d bloggers like this: