HEYDƏR ƏLİYEV – ANIM GÜNÜ

2018.12.11 2 nömrəli Bakı Baza Tibb Kollecində xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin anım günü qeyd olundu. Tədbirdə müdiriyyət, müəllimlər və tələbələr iştirak etdilər. Tədbir kollecin direktoru Dilarə Məmmədəliyevanın çıxışı ilə başlandı. Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Direktor çıxışında qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Sonra kollecin YAP İPT-nın sədri Gülər Qulu-zadə dahi şəxsiyyət Heydər Əliyev irsinin gənc nəslin milli vətənpərvərlik ruhunda yetişdrilməsində böyük rolu olduğundan söz açdı.
Daha sonra Ümümmilli Lider Heydər Əliyevə həsr olunmuş filmə baxıldı və tələbələrin hazırladığı bədii kompozisiya səsləndi. Müəllim və tələbələrdən ibarət bir qrup Fəxri xiyabanı ziyarət edib, Ulu öndərin məzarı önünə gül dəstələri qoydular.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

POLİOMİELİT

Read Next

Konfrans “Ortodontiya”

%d bloggers like this: