ŞƏHİDLƏR UNUDULMUR!

ŞƏHİDLƏR UNUDULMUR!
21.10.2021-ci il tarixində 2 nömrəli Bakı Baza Tibb kollecinin həyətyanı sahəsində kollecin şəhid tələbələrinin və əməkdaşının xatirəsini əbədiləşdirən abidənin önündə onların anım gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başcısının müavini Təravət xanım Muradova, kollecin direktoru Dilarə xanım Məmmədəliyeva, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nəzakət xanım Balaqadaşova,şəhid -Mürsəl Kazımlının valideynləri, müəllim və tələbə heyəti iştirak etdilər. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yasamal Rayon İcra Hakimiyyəti başcısının müavini T.Muradova və kollecin direktoru D.Məmmədəliyeva çıxışlarında şəhid Mürsəl Kazımlının əziz xatirəsinin ürəklərdə əbədi olaraq yaşayacağını və onun keçdiyi ömür yolunun gənclər və yeniyetmələr üçün əsl örnək olacağını tədbir iştirakçılarının nəzərinə çatdırdılar.  
Daha sonra şəhidin atası çıxış edərək, Mürsəlin qısa ömür yolundan danışaraq, oğlu ilə bağlı hisslərini, xatirələrini bölüşdü. Tədbir tələbələrin hazırladığı bədii kompozisiya ilə davam etdi.
Sonda qonaqlar və tələbələr abidənin önünə qərənfillər qoydular.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Ağacəkmə aksiyası

Read Next

Zəfər Günü

%d bloggers like this: